AZ

Xırdalanda 19 yaşlı oğlan qətlə yetirilib, həmyaşıdı tutulub - YENİLƏNİB

Abşeronda ağır xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Abşeron rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

10.50

Xırdalan şəhərində qətl hadisəsi baş verib.

APA xəbər verir ki, 2006-cı il təvəllüdlü Elmir Şakir oğlu Qədirov şəhər ərazisindəki parkda bıçaqlanaraq qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
61
12
apa.az

10Mənbələr