AZ

Netanyahu: “HƏMAS silahı yerə qoymasa, xaos başlayacaq”

İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın silahsızlaşdırılmasını "növbəti vacib addım" adlandırıb.

Olaylar.az xəbər verir ki, CBS telekanalına müsahibəsində Netanyahu bildirib:

"Birincisi, HƏMAS silahı yerə qoymalıdır. İkincisi, Qəzzada silah zavodlarının olmadığına və bölgəyə kontraband silahın gətirilmədiyinə əmin olmalısınız. Bu, demilitarizasiya deməkdir".

İsrail rəhbərinin sözlərinə görə, əgər HƏMAS bu şərtləri yerinə yetirməzsə, bölgədə "həqiqi xaos başlayacaq".

Netanyahu əlavə edib ki, Qəzzanın sabitliyə qovuşması üçün əsas şərt HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması və bölgədə silah istehsalının, həmçinin silah qaçaqmalçılığının tam qarşısının alınmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
1
olaylar.az

2Mənbələr