AZ

Ağdaşda “Mercedes” traktora çırpıldı, sürücü xəsarət aldı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 14-də saat 18:00 radələrində Aşağı Zeynəddin kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın traktorla toqquşub. Qəzaya səbəb traktorun avtomobilin qarşısına qəfil çıxması olub. Hadisə nəticəsində “Mercedes”ə ciddi maddi ziyan dəyib, sürücü isə yüngül bədən xəsarətləri alıb. 

Qeyd edək ki, qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
avtosfer.az

1Mənbələr