AZ

Azərbaycanda daha bir idman yarışı zamanı İŞIQLAR SÖNDÜ

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Oktyabrın 13-də cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb.

Oxu.Az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ikinci günündə maraqlı hadisə yaşanıb.

Belə ki, yarış zamanı Abşeron Olimpiya İdman Kompleksində işıqlar sönüb və bu səbəbdən qarşılaşmalar müvəqqəti olaraq təxirə salınıb.

Yarış zalından videonu təqdim edirik:

Azərbaycanda daha bir idman yarışı zamanı İŞIQLAR SÖNDÜ

Qeyd edək ki, analoji hadisə sentyabrın 28-də Misli Premyer Liqasının 6-cı turunda keçirilən "Sabah" - "Sumqayıt" oyununda da qeydə alınmışdı. Həmin vaxt qarşılaşmada 20 dəqiqə fasilə yaranmışdı.

Murad Nəsimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
oxu.az

2Mənbələr