AZ

Paksitan-Əfqanıstan sərhədində qan tökülür | VİDEO

AzVision.az xəbər verir ki, Spin-Boldak şəhərinin ictimai informasiya departamentinin sözçüsü Əli Məhəmməd Hakmala istinad edən “AFP” agentliyi belə məlumat yayıb.

“Əfqanıstanın cənubunda Qəndəhar vilayətində yerləşən Spin-Boldak qəsəbəsində sərhəddə qarşıdurma baş verib. Tibb işçilərinin məlumatına görə, qadın və uşaqlar da daxil olmaqla 80-ə yaxın yaralı yerli xəstəxanalara çatdırılıb”,- Əli Məhəmməd Hakmal deyib.

“Taliban” hərəkatının sözçüsünün müavini Həmdullah Fitrat “X” sosial şəbəkəsində 12 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb. Onun sözlərinə görə, səhər saatlarında Pakistan qüvvələri Əfqanıstan ərazisinə yenidən atəş açıb, bundan sonra hərəkatın qüvvələri cavab verməyə məcbur olub. Həmdullah Fitrat həmçinin qarşıdurmalar zamanı Pakistan əsgərlərinin də itki verdiyini iddia edib.

Bundan əvvəl yerli şahidlərə istinad edən “Tolo News” nəşri Əfqanıstanın şərqində, Nanqarhar vilayətində, Pakistan sərhədinə yaxın ərazidə Taliban qüvvələri ilə Pakistan sərhədçiləri arasında toqquşma olduğunu yazmışdı. Hadisə şahidlərinin sözlərinə görə, uzaqdan atəş səsləri eşidilir və hər iki tərəf ağır silahlardan istifadə edir.


Pakistan Əfqanıstanla sərhədi gücləndirir| VİDEO
“Associated Press (AP)” agentliyinin məlumatına görə, Pakistanın ucqar şimal-qərb sərhəd bölgəsində əfqan qüvvələri ilə toqquşmalar yaşanıb. Pakistan qonşularını səbəbsiz atəş açmaqda ittiham edir. Buna cavab olaraq Pakistan artilleriyası əfqan tanklarına və hərbi postlarına ziyan vurub. Bu həftə hər iki tərəfin sərhəddə atışması ikinci dəfə baş verib.

- Pakistan silahlı qüvvələri Hayber-Pahtunxva əyalətinin Kurram dairəsindəki hücuma cavab olaraq Əfqanıstandakı silahlı qruplaşmaların mövqelərinə zərbələr endirib. Münaqişə “Taliban və Fitnə əl-Həvaric” qruplaşmasının (“Təhrik-e-Taliban Pakistan” və ya “Taliblərin Pakistan Hərəkatı”) yaraqlılarının Pakistan sərhəd postlarına atəş açmasından sonra gərginləşib”, - “Daily Pakistan” qəzeti vurğulayır.

Pakistan ordusu oktyabrın 11-dən yüksək döyüş hazırlığı vəziyyətindədir. Oktyabrın 12-də Səudiyyə Ərəbistanı və Qətərin çağırışlarından sonra qarşıdurmalar müvəqqəti olaraq dayandırılsa da, Pakistan və Əfqanıstan arasındakı bütün sərhəd keçid məntəqələri bağlı qalır.

İslamabad ən azı 200 yaraqlının, Əfqanıstanda atəş açılan 19 terror obyektinin edildiyini və Pakistana hücumda ekstremistlərə dəstək verən Əfqanıstan tank batalyonunun qərargahına zərbə endirdiyini açıqlayıb.

Sülh yolu ilə münaqişələrin həllini “yaxşı bacardığını” deyən ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Əfqanıstanla Pakistan arasındakı hərbi münaqişəyə müdaxilə etməyə hazır olduğunu bildirib.

Pakistanla Əfqanıstanı 1893-cü ildə müəyyənləşdirilmiş təxminən 2400 kilometrlik sərhəd ayırır. Bununla belə, sərhədin bəzi hissələri ölkələr arasında mübahisə predmeti olaraq qalır.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
126
azvision.az

1Mənbələr