AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun I təsnifat mərhələsi və II Liqanın V turu çərçivəsində keçirilən oyunlar müzakirə olunub.
Komitənin qərarları belə olub:
Azərbaycan Kuboku
“Şəki Siti” – “Araz Saatlı” oyununun 86-cı dəqiqəsində “Araz Saatlı” komandasının 49 nömrəli futbolçusu Pərviz Eyvazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
“Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
Oyununun 62-ci dəqiqəsində “Ağdaş” komandasının 1 nömrəli futbolçusu Ümid Paşayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 46);
Oyununun 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
Oyun bitdikdən sonra “Ağdaş” komandasının 11 nömrəli futbolçusu Elvin İsmayılovun hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
“Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
Oyunun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
Oyunun 120-ci dəqiqəsində “Kür-Araz” komandasının 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
“Ağstafa Gəncləri” – “Şirvan” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
“Göygöl” – “Şəmkir” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
Oyun “Şəmkir” komandasının qapıçısının formasında problem olması səbəbindən gec başladığına görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (maddə 83.5);
"Quba" - “Xankəndi” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
II Liqa, V tur
V turun “Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
“Ağstafa Gəncləri” – “Ağdaş” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
“Quba” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
“Şəki Siti” – “Şəmkir” oyununun 82-ci dəqiqəsində “Şəki Siti” komandasının 6 nömrəli futbolçusu Elvin Dəmirov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Şəki Siti” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
“Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
Matçöncəsi iclasda “Şəmkir” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (99, 94, maddə 58.1).