AZ

Azərbaycan karateçiləri Parisə yollanıblar

Azərbaycan Karate Federasiyasının milli komandasının üzvləri 17-19 oktyabr tarixlərində Fransa paytaxtı Parisdə keçiriləcək seçim yarışlarında iştirak etmək üçün yola düşüblər.

Apasport.az xəbər verir ki, yarışlar dünya çempionatına lisenziya qazanmaq məqsədilə təşkil olunur.

Milli komandamız Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında bu mühüm yarışda ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, seçim mərhələsində uğurla çıxış edən idmançılar 27-30 noyabr tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edəcəklər.

Mingəçevirdə karate üzrə beynəlxalq turnir keçirilib - FOTO

Təmsilçimizdən gümüş medal

Karateçilərimiz “Marmara Cup”da birinci yeri tutublar - FOTO

İdmançımız beynəlxalq turnirin qalibi olub

İdmançımız Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub

Seçilən
32
1
apasport.az

3Mənbələr