Nikita Xaykin ilə bağlı maraqlı məlumat yayılıb.
“Bude/Qlimt”in qapıçısı FİFA sistemində vətəndaşlığı kimi Böyük Britaniyanı göstərib.
Bu haqda “Sport Baza” məlumat yayıb. 30 yaşlı futbolçu yaxın zamanda daha bir dəyişiklik edərək Norveç vətəndaşlığını almağı və bu ölkənin milli komandasında çıxış etməyi planlaşdırır. Xəbərdə o da qeyd olunur ki, Rusiya yığmasının məşqçi heyəti ən azı dörd dəfə Xaykinə dəvət göndərsə də, hər dəfə ondan imtina cavabı alıb. Futbolçu bununla Rusiyanın idman vətəndaşlığından imtina edib. “Sport Baza”nın məlumatına görə, futbolçu artıq Norveç pasportu üçün dil testlərini verib və pasport ona sürətləndirilmiş sistemlə hazırlanır.
“Bude/Qlimt”də 2023-cü ildən oynayan Xaykin həmçinin 2019-22-ci illərdə də bu komandada çıxış edib. O, 4 dəfə Norveç çempionu olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta