AZ

Alimlərdən ciddi xəbərdarlıq: Yerin qoruyucu qalxanı zəifləyir

Yerin maqnit sahəsində sirli bir bölgə sürətlə genişlənir və qərbə doğru hərəkət edir. Alimlərin “Cənubi Atlantika Anomaliyası” (SAA) adlandırdığı bu bölgəyə 2014-cü ildən bəri Texasdan iki dəfə böyük olan ərazi əlavə olunub və o, Afrikaya doğru sürüşür.

Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, tədqiqatlara görə, SAA 2014-2025-ci illər arasında 25 faizə qədər böyüyərək hər il 22,5 kilometr qərbə doğru irəliləyib.

Bu, Yerin nüvəsindəki ərimiş dəmirin turbulent axınlarının yaratdığı qeyri-adi maqnit nümunələri ilə bağlıdır. Yerin maqnit sahəsi bizi Günəşdən gələn radiasiyadan qoruyan təbii qalxandır. Lakin bu sahənin zəifləməsi ciddi nəticələr doğura bilər.

Alimlər bildirir ki, anomal bölgə üzərindən keçən peyklər yüksək radiasiyaya məruz qalır, bu isə GPS, rabitə və hava proqnozu sistemlərində nasazlıqlara səbəb ola bilər.

Seçilən
81
1
publika.az

2Mənbələr