AZ

ABŞ-də “şatdaunu” hər gün 15 milyard dollarlıq iqtisadi itkiyə SƏBƏB OLUR

ABŞ-də hökumət “şatdaunu” hər gün 15 milyard dollarlıq iqtisadi itkiyə səbəb olur.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Bessent məlumat yayıb.

Bessentin sözlərinə görə, 1 oktyabrdan davam edən hökumət “şatdaunu” ölkə iqtisadiyyatına gündəlik 15 milyard dollara qədər zərər vurur.

Nazir bildirib ki, hökumət strukturlarının fəaliyyətinin qismən dayandırılması həm federal xidmətlərdə, həm də biznes sektorunda ciddi iqtisadi çətinliklər yaradıb.

Qeyd olunur ki, Senat bu gün artıq səkkizinci dəfədir ki, respublikaçıların hökumətin maliyyələşdirilməsini davam etdirmək barədə qanun layihəsini qəbul edə bilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr