AZ

"Suriya Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir"

Suriya prezidenti Əhməd əl-Şaraa rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Şaraa bildirib ki, Suriya hakimiyyəti Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir: "Biz mürəkkəb əlaqələrimizi yenidən başlatmağa və sizi yeni Suriya ilə tanış etməyə çalışacağıq".

Suriya liderinin sözlərinə görə, ölkə hakimiyyəti artıq “yeni Suriya”nı dünyaya tanıtdırır. O, həmçinin Moskva ilə Dəməşqin tarixi əlaqələri paylaşdığı üçün Rusiyanın ölkənin inkişafında mühüm rol oynayacağına da əmin edib. Əl-Şaraa bildirib ki, Suriya hakimiyyəti artıq siyasi məqsədlərinə çatmaq üçün səy göstərir.

Seçilən
41
operativmm.az

1Mənbələr