Bakı. Trend:
Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiənazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, TürkiyəRespublikasının Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüterdəstəkli komanda qərargah təlimi keçirilir.
Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, kompüter dəstəkli və praktiki olmaqla ikimərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən stratejiobyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizəvə müdafiə ssenarisi üzərində qurulub.
Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbiqulluqçularının və Strateji Obyektlərin Mühafizəsi DövlətAgentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargahtəlimi 24 oktyabr tarixinədək davam edəcək.