2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Böyük Britaniyada 28,7 milyard funt sterlinqdən (38,3 milyard dollar) çox Rusiya aktivləri dondurulub.
AFN.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin (OFSI) 2024-2025-ci illər üçün hesabatında əksini tapıb.
İkinci ən böyük dondurulmuş aktivlər Liviya şirkətləri və fiziki şəxslərindədir (12,96 milyard funt-sterlinq), üçüncü yerdə isə Belarus (1,18 milyard funt-sterlinq) qərarlaşıb.
Əməliyyat başlayandan bəri London 2100-dən çox fiziki və hüquqi şəxsi Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib. Bu ilin aprel ayına olan məlumata görə, Böyük Britaniyanın konsolidə edilmiş sanksiya siyahısında Rusiyanın payı 44,6 faiz təşkil edib.
Məlumata görə, OFSI Rusiyaya qarşı sanksiyaların pozulması ilə bağlı 240 faktı araşdırır.