AZ

Böyük miqdarda maliyyə sanksiyasına məruz qalan şirkət “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin qalibi oldu

Maliyyə sanksiyası tətbiq olunan şirkət “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin tenderində qalib olub

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən təmir işlərinin həyata keçirilməsi məqsədilə boya, emulsiya və digər mal-materialların satın alınması üzrə keçirilən tenderdə “SOBSAN” MMC qalib elan edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında 89.636,34 AZN dəyərində müqavilənin imzalanması gözlənilir.

32gun.az-ın əldə etdiyi əsas məlumata əsasən, qalib şirkətə “SOBSAN” MMC-yə daha əvvəl Operativ vergi nəzarəti çərçivəsində pul vəsaitinin uçotdan gizlədilməsi, qaimə-faktura əsasında alınan malların düzgün rəsmiləşdirilməməsi halları ilə bağlı iki dəfə maliyyə sanksiyası tətbiq olunub. Bu sanksiyalardan biri 10.173,60 AZN, digəri isə 51,56 AZN məbləğində olub.

Qeyd edək ki, “SOBSAN” MMC-nin nizamnamə kapitalı 1.505.630 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Feyruz Quliyev Əmircan oğludur.

Bildirək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub. Bundan əvvəl isə bu qurumun külli miqdarda vergi borcu – 20.007.005,91 AZN – barədə məlumat vermişdik.

Seçilən
21
nocomment.az

1Mənbələr