Bakı. Trend:
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri ParlamentAssambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbuledib.
Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov Ramil Həsəni belə nir mötəbər quruma başkatib təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətindəuğurlar arzulayıb.
Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanınhazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasındaparlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləriətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcudqardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədəinkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq,dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitarvə s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlamentdiplomatiyasının əhəmiyyətini vurğulayıb.
Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmaslarınartırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsindəqarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.TÜRKPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarlaəməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə olunub.