AZ

Milli komandanın baş məşqçisi yeni vəzifəyə təyin edildi

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

On iki il ərzində üzgüçülük üzrə milli komandamızın baş məşqçisi olmuş Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılıb.

İdman.Biz xəbər verir ki, Əbdürəhmaov fəaliyyətini Azərbaycan Üzgüçülük Federasiyasında müşavir kimi davam etdirəcək.

"Azərbaycan İdman Akademiyasının professoru olan Rəşad Əbdürəhmanov həm istedadlı gənclərin aşkarlanmasına, həm milli komandanın inkişafına, eləcə də müxtəlif yaşlı üzgüçülərimiz tərəfindən beynəlxalq arenada qazanılmış uğurlara böyük töhfə verib.

ASF olaraq, Rəşad Əbdürəhmanova peşəkarlığına, fədakarlığına, ölkəmiz adına bütün nailiyyətlərinə görə təşəkkürümüzü bildiririk, karyerasının yeni mərhələsində bol-bol uğurlar arzulayırıq!", - Üzgüçülük Federasiyasından bildirilib

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
8
icma.az

9Mənbələr