AZ

“Göyəzən”nin yeni baş məşqçisi müəyyənləşdi

“Göyəzən” rəhbərliyi komandanın yeni baş məşqçisini açıqlayıb. Qazax təmsilçisini bundan sonra Süleyman Məmmədov çalışdıracaq.

İdmanxeber.az xeber verir ki, Süleyman Məmmədov “Göyəzən” üçün tanış və sevilən simadır. O, uzun illər klubun oyunçusu və köməkçi məşqçisi kimi fəaliyyət göstərib. Təcrübəli mütəxəssis həmçinin “Göyəzən”in yüksək liqada çıxış edən əvəzləyici komandasına da rəhbərlik edib.

35 ildən artıq ömrünü Qazax futboluna həsr edən Süleyman Məmmədov bölgə futbolunun canlı əfsanələrindən sayılır. Klub rəhbərliyi onun təcrübəsinin və liderlik keyfiyyətlərinin “Göyəzən”nin gələcək uğurlarında mühüm rol oynayacağına inanır.

Seçilən
42
idmanxeber.az

1Mənbələr