AZ

Azərbaycan kikboksinqçiləri Dünya Kubokundan səkkiz qızıl medalla qayıdıblar

Azərbaycan kikboksinqçiləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış ediblər.

İdman.Biz xəbər verir ki, təmsilçilərimizdən Allahverdi Dəmirov (K1, 51 kq), Elvin Məmmədov (LK, 57 kq), Məhəmməd İmanov (K1, 60 kq), Qəşəm Məmmədov (LK, 81 kq), Rafiq Babazadə (K1, 57 kq), Əli Mayılzadə (LK, 57 kq), Əli Əkbər (K1, +81 kq), Elmuraz Musayev (LC, 74 kq) qızıl medala sahib çıxıblar.

Rüfət Əhmədzadə (LK, 63,5 kq), Mirzəcan Əliyev (LK, 60 kq), Rəvan Yaralıyev (LK, 81 kq), Elnar Hacıyev (LK, 51 kq), Aylin Hüseynzadə (KL, 42 kq), Aylin Hüseynzadə (LC, 42 kq), Əli Cabbarzadə (LC, 57 kq), Elmir Mirzəliyev (KL, 69 kq), Seymur Quliyev (KL, 42 kq) gümüş medalla kifayətləniblər.

Fərhad Tağızadə (FC, 51 kq), Həbib Əkbərov (LK, 86 kq), Kənan Məmmədli (LK, 67 kq), Elmir Mirzəliyev (LC, 69 kq), Ramiz Məmmədov (FC, 57 kq), Əli Qarayev (LC, 69 kq), Allahverdi Hacıyev (LK, 81 kq), İbrahim Quliyev (FC, 81 kq) və Qurban Vəliyev (LK, 67 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

İdman.Biz

Seçilən
30
11
idman.biz

10Mənbələr