Oktyabrın 15-də NATO-nun baş katibi Mark Rutte Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirləri ilə görüşdən sonra çıxış edərək rus pilotları və dənizçiləri tənqid edib: “Rusiyanın imkanlarını çox qiymətləndirməyək.
Biz bilirik ki, onların qırıcı pilotları öz təyyarələrini idarə etməkdə çox naşıdır və onların kapitanları dənizin dibində qoyduqları bütün tullantıları nəzərə alaraq lövbəri düzgün endirməyi bilmirlər”, – NATO-nun baş katibi deyib.
O, NATO-nun Rusiyanın düşmən hərəkətlərinə, xüsusən də Rusiya təyyarələrinin NATO hava məkanına daxil olmasına sərt cavab vermək qabiliyyəti ilə bağlı sualı da cavablandırıb.
//Samir Qurbanov, Editor.az