AZ

“Səbail” 100 adamın gözü önündə zirvəyə qalxdı!

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 5-ci tura start verilib. Günün yeganə oyununda “Səbail” “Zaqatala”nı məğlub edib – 1:0. Yeganə qolu 84-cü dəqiqədə Kamran Quliyev vurub. “Football-plus.az” PFL-in saytına istinadla xəbər verir ki, “dənizçilər”i zirvəyə yüksəldən oyunu cəmi 100 azarkeş izləyib. Komanda üzvləri oyundan sonra azarkeşlərə minnətdarlıq etməyi özünə borc bilib. “Səbail” 13 xalla zirvədə qərarlaşıbsa, 2-ci yerdə olan və bir oyun az keçirən “Şəfa”nın 12 xalı var.

Seçilən
27
1
football-plus.az

2Mənbələr