Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında medal sıralamasında qızıl və ümumi medal sayına görə lider olmuş Rusiya Federasiyasının idman jurnalistləri ölkəmizdə keçirilən yarışla bağlı təəssüratlarını Baku TV ilə bölüşüblər.
Vladimir Qomelski III MDB Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu söyləyib: "Azərbaycanın 7 fərqli şəhərində keçirilən oyunlarda 13 ölkə iştirak edirdi. İdman növünün sayı isə 19 idi. III MDB Oyunları zamanı dostluq, ünsiyyət və mükəmməllik ab-havası müşahidə olunurdu".
Qeyd edək ki, 231 medala sahib çıxan Rusiya 130 qızıl, 61 gümüş və 40 bürünc medal qazanıb. İkinci yerin sahibi Azərbaycan bu yarışda 33 qızıl, 56 gümüş və 95 bürünc medal qazanıb. İlk üçlüyü tamamlayan Belarusun aktivində isə 32 qızıl, 38 gümüş və 52 bürünc medal olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Rusiyanın idman jurnalistləri III MDB Oyunlarını dəyərləndirdilər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.