AZ

Dünyada ailə sədaqətinin ən az olduğu ölkə açıqlandı

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Beynəlxalq araşdırmaya görə, dünyada ailə sədaqətinin ən az olduğu ölkə Taylanddır.

News24.az xəbər verir ki, Taylandda evli insanların 51 faizi həyat yoldaşına xəyanət etdiyini bildirib. Siyahının digər yüksək yerlərində isə Danimarka (46%) və Almaniya (45%) kimi Avropa ölkələri yer alır.

Araşdırmaya görə, Taylandda xəyanətin yayılmasının əsas səbəblərindən biri bəzi yerli adət-ənənələrdir. Məsələn, kişilər arasında “ikinci qadın saxlamaq” adəti geniş yayılıb və buna cəmiyyət tərəfindən tez-tez göz yumulur. Kişilərin daha çox diqqətsizlik və sıxıntı, qadınların isə laqeydlik və soyuqluq səbəbi ilə xəyanətə yönəldikləri bildirilir.

Şimali Avropa ölkələrində isə xəyanət kişilər və qadınlar arasında təxminən bərabər səviyyədədir ki, bu da həmin ölkələrdə qadın və kişi hüquqlarının bərabərliyi ilə izah olunur. Norveçdə aparılan araşdırma göstərir ki, kişilər daha çox cinsi xəyanətdən, qadınlar isə duyğusal uzaqlaşmadan narahat olurlar.

Tayland Asiya ölkələri arasında bu qədər yüksək göstəriciyə malik yeganə ölkədir. Məsələn, qonşu Sinqapur və Malayziyada xəyanət nisbəti cəmi 14 faizdir.

Araşdırmanın nəticələri göstərir ki, xəyanət bütün dünyada yayılmış olsa da, səbəbləri və qəbul olunma forması ölkədən ölkəyə dəyişir.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
news24.az

2Mənbələr