İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, komandası dünya çempionatına vəsiqə qazana bilməyəcəyi halda, ölkəsi tərk edəcəyini bildirib:
“Əgər pley-off-a düşsək, heç kəsə laqeyd yanaşmaq olmaz. Futbol dəyişib və İtaliya millisi yaxşı bilir ki, kəsilməli oyunlarda heç kəsi az qiymətləndirmək olmaz.
Əlbəttə, əgər 2026-cı il Dünya Çempionatına vəsiqə qazanacağıqsa, bunu nailiyyətlərimə əlavə edəcəyəm və tərifləri qəbul edəcəyəm. Amma əgər qazana bilməsək, İtaliyadan gedib uzaqda yaşayacağam. 2026-cı il Dünya Çempionatı bizim arzumuzdur”.
Hazırda komanda çətin vəziyyətdədir və ehtimal ki, qrupda Norveçdən sonra ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanacaq.