Qəzza zolağında sabitlik və təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq qüvvə yaradılması müzakirə olunur. ABŞ Müharibə Nazirliyinin rəsmisinin bildirdiyinə görə, bu qüvvəyə qoşun göndərmək üçün Azərbaycan, Pakistan və İndoneziya əsas namizədlər arasında göstərilib.
Redaksiya mənbəyə istinadla xəbər verir ki, qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələlik heç bir ölkə rəsmi şəkildə öhdəlik götürməyib. ABŞ rəsmisi qeyd edib ki, bu ölkələr sabitləşmə prosesinə qoşulmaqda ən çox maraq göstərən tərəflərdir.
Politico nəşrinin məlumatına görə, missiyanın əsas məqsədi atəşkəs rejiminə nəzarət etmək, bölgədə təhlükəsizliyin bərpası və humanitar yardımların fasiləsiz çatdırılmasını təmin etmək olacaq.