bp, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCARilə əməkdaşlıqda 29–30 sentyabr tarixlərində yüksək performanslıhesablama (HPC), hövzənin tədqiqi innovasiyaları, seysmik emal vəməlumatların toplanması sahəsində irəliləyişlərə həsr olunmuş ikigünlük texniki seminar keçirib.
Seminar bp, İqtisadiyyat Nazirliyi, SOCAR və Xəzər İnnovasiyaMərkəzinin mütəxəssislərini bir araya gətirərək bilik və təcrübəmübadiləsi aparmaq, gələcək əməkdaşlıq imkanlarını araşdırmaqməqsədi daşıyıb.
Seminarda aşağıdakı əsas mövzular müzakirə olunub:
- Azərbaycanın HPC sahəsində imkanları: İqtisadiyyat Nazirliyininnümayəndələri ölkədə yeni yaradılmış superkompüter imkanını təqdimedərək, onun enerji sektorunda innovasiyaların sürətləndirilməsinətöhfə verə biləcək potensialını vurğulayıblar. Belə bir imkanınyaradılması Azərbaycanın öz rəqəmsal transformasiyasını dəstəkləməküçün güclü HPC infrastrukturu qurmaq öhdəliyini əks etdirir.
- bp-nin qlobal HPC təcrübəsi: bp mütəxəssisləri şirkətinHyustonda yerləşən HPC mərkəzinin fəaliyyəti barədə məlumatveriblər. Bu mərkəz bp-nin texniki innovasiyalarını irəli aparmaqlayanaşı, lay simulyasiyası, rəqəmsal süxurlar, data elmi, seysmikgörüntüləmə və hövzə modelləşdirilməsi sahələrində imkanlarınıgenişləndirir.
- Azərbaycanda seysmik məlumatların toplanması və emalı: SOCARnümayəndələri seysmik məlumatların toplanması və emalı sahəsindəgələcək planları təqdim edərək bu texnologiyaların region üçünstrateji əhəmiyyətini vurğulayıblar.
- Əməkdaşlıq layihələri: bp texniki imkanların artırılması vəinnovasiyaların sürətləndirilməsi məqsədilə həyata keçirilən mövcudvə planlaşdırılan əməkdaşlıq təşəbbüslərini təqdim edib.
- Seysmik texnologiyalarda süni intellektin tətbiqi: Xəzərİnnovasiya Mərkəzi SOCAR-ın seysmik süni intellekt tətbiqlərisahəsində son nailiyyətlərini göstərərək süni intellektin laygörüntüləməsinə yeniliklər gətirdiyini və qərarların verilməsinisürətləndirdiyini nümayiş etdirib.
Seminar sənaye ilə hökumət arasında davamlı əməkdaşlığınvacibliyini bir daha vurğulamaqla yanaşı, sağlam rəqabətinolmasının da regionun texnoloji irəliləyişində və Azərbaycanınqabaqcıl enerji texnologiyaları sahəsində regional lider mövqeyiningücləndirilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.