AZ

Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yeni mövsümü start götürəcək.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə azarkeşlər iki qarşılaşmanın şahidi olacaqlar.

Saat 15:00-da “Neftçi” “Ordu” ilə, 17:00-da isə “Murov Az Terminal” “Azərreyl”lə qarşılaşacaq.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Xatırladaq ki, “Gənclər” – “Xilasedici” qarşılaşmasının vaxtı və məkanı sonradan açıqlanacaq.

İdman.Biz

Seçilən
18
2
idman.biz

4Mənbələr