AZ

“Sabah”ın fransızlarla oyunu onlara tapşırıldı

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 22-də UEFA Gənclər Liqasında keçiriləcək “Nant” – “Sabah” oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Maltadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim İsmael Barbara olacaq. Ona Luk Portelli və Dunkan Spenser kömək edəcəklər. Dördüncü hakim funksiyasını fransalı Remi Landri yerinə yetirəcək.

Fransada baş tutacaq oyuna saat 19:00-da start veriləcək. Cavab görüşü noyabrın 5-də Bakıda olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
futbolpress.az

1Mənbələr