AZ

Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil MonitorinqMexanizmi fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası ƏdliyyəNazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasınabaşçəkmə həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqətialçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın FakültativProtokolu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”Konvensiyası, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkiledilən başçəkmədə məqsəd bu müəssisədə saxlanılan şəxslərlə,xüsusilə əlilliyi olan qadınlarla bağlı rəftar və şəraitinaraşdırılması, onların hüquqlarının təmini məsələlərinin vəgöstərilən xidmətlərin vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı əlilliyi olan qadınlar, həmçinin səhhətindəproblemləri olan 30-a yaxın şəxs saxlanıldığı kameralarda, habeləöz istəklərinə uyğun olaraq konfidensial qaydada qəbul edilib.

Qadınların saxlanıldığı kameralara, eyni zamanda, müəssisənintibb-sanitar hissəsinə baxış keçirilib, palatalarda saxlanılanşəxslərlə konfidensial söhbətlər aparılıb. Qidalanma, gəzinti,sovqat qəbulu, görüş və telefon danışığı ilə bağlı müvafiqhüquqların təmini vəziyyəti araşdırılıb, Ombudsmana ünvanlananmüraciətləri qəbul olunub.

Başçəkmə zamanı mövcud vəziyyət qiymətləndirilərək əlilliyi olanşəxslərə münasibətdə müyəssərliyin təkmilləşdirilməsi, mövcudçatışmazlıqların aradan qaldırılması, habelə saxlanılan əlilliyiolan qadınların siyahısının aparılması və sənədləşmə işinintəkmilləşdirilməsi ilə bağlı müəssisənin və tibbi sanitar hissəninrəhbərliyinə müvafiq tövsiyələr verilib, həmçinin hüquqimaarifləndirici söhbətlər aparılıb.

Seçilən
51
15
az.trend.az

10Mənbələr