Tramp administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuela lideri Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniyası çərçivəsində bu ölkədə gizli əməliyyatlar keçirməyə icazə verib.
Ölkə.az “The New York Times”ə (NYT) istinadən xəbər verir ki, bu icazə, Maduronu hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə Venesuelaya qarşı təzyiq kampaniyasının son addımıdır. Nəşrin məlumatına görə, bu, ABŞ ordusunun Venesuelanın özündə mümkün zərbələr də daxil olmaqla, prezident Tramp üçün variantları artıq hazırladığı üçün verilib.
Nəşr qeyd edir ki, MKİ Venesuela hökumətinə qarşı “ya müstəqil, ya da daha geniş hərbi əməliyyatla birlikdə” əməliyyatlar keçirə biləcək. Trampın verdiyi səlahiyyət agentliyə “ölümcül nəticələrə” səbəb olan əməliyyatlar da daxil olmaqla əməliyyatlar aparmağa imkan verəcək.
“The New York Times” vurğulayır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada artıq hər hansı əməliyyat planlaşdırıb- planlaşdırmadığı məlum deyil.
“The New York Times” və “Reuters”in məlumatına görə, Tramp oktyabrın 6-dan etibarən Venesuela ilə münasibətləri həll etmək üçün bütün diplomatik səyləri dayandırmağı əmr etdiyini bildirib. Tramp administrasiyası Venesuela hökuməti ilə danışıqlar aparan prezidentin xüsusi elçisi Riçard Qrenellin səylərini nəticəsiz hesab edib. NYT-nin məlumatına görə, Tramp administrasiyası münaqişənin kəskinləşməsi halında artıq bir neçə hərbi plan, o cümlədən Maduronu hakimiyyətdən uzaqlaşdırmaq planları hazırlayıb.
Nikolas Maduro ABŞ-ın hərəkətlərini “düşmən mühasirəsi” adlandırıb. O, Vaşinqtonu Venesuelada və bütün Latın Amerikasında zorakı rejim dəyişikliyi planlarından əl çəkməyə çağırıb.
Mürtəza
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta