AZ

Kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünə start verilir

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu gün kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünə start veriləcək.

AZƏRTAC xəbər verir ki, I turda “Neftçi” klubu “Ordu”, “Murov Az Terminal” isə “Azərreyl” komandası ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq, saat 15:00 və 17:00-da start götürəcək.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Seçilən
40
1
azertag.az

2Mənbələr