ABŞ administrasiyası Tokionun Rusiyadan enerji idxalını dayandırmasını gözləyir. Musavat.com xəbər verir ki, bunu Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə görüşdə ABŞ-ın maliyyə naziri Skott Bessent ona çatdırıb.
Bessent görüşdən sonra X sosial media platformasında yazıb: "Nazir Kato ilə mən ABŞ-Yaponiya iqtisadi əlaqələri və administrasiyanın Yaponiyanın Rusiyadan enerji idxalını dayandıracağına dair gözləntiləri ilə bağlı mühüm məsələləri müzakirə etdik".
Bessentin sözlərinə görə, nazirlər ABŞ-Yaponiya Ticarət və İnvestisiya Sazişi çərçivəsində Yaponiyanın ABŞ-dakı strateji investisiyalarının səfərbər edilməsi planlarını da müzakirə ediblər.
Bundan əvvəl Vaşinqton və Tokio arasında ABŞ layihələrinə Yaponiyanın 550 milyard dollar sərmayəsinin daxil olduğu saziş imzalanıb.
Musavat.com