AZ

Fatih Ürek üçün xəstəxanaya axın etdilər

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, məşhur türkiyəli sənətçi Fatih Ürek dünən günorta saatlarında infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 20 dəqiqəlik ürək masajından sonra yenidən sonra həyata qaytarılıb.

Hazırda reanimasiyada müalicəsi davam edən Ürəki sənət dostları da tək qoymayıb.

Sənətçinin uzun zaman küsülü olduğu və bir müddət əvvəl barışdığı köhnə dostu Demet Akalın, Mehmet Ali Erbil və Seda Sayan xəstəxanada onu yalnız buraxmayıb.

Demet Akalın açıqlamasında sənətçinin ürəyinin 20 dəqiqə işləmədiyini təsdiq edərək bunun beyində hər hansı bir fəsad buraxıb-buraxmadığının isə hələ ki, məlum olmadığını deyib.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
azxeber.com

1Mənbələr