AZ

Abşeron rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib - Vətən Naminə

">

VETENNAMİNE.AZ xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.

İştirakçılara, həmçinin, “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

 

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
233
8
vetennamine.az

10Mənbələr