AZ

“Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq 18 noyabr 2025-ci il saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:

1. “Səba” ASC-nin yeni redaksiyadanizamnaməsi haqqında

2. “Səba” ASC-nin direktorlar şurasıhaqqında

3. “Qarabağ Taxıl” MMC-nin (VÖEN:5000268351) “Səba” ASC-yə qoşulması haqqında

4. “Biləsuvar Aqro” MMC-nin(VÖEN: 4100179981) “Səba” ASC-yə qoşulması haqqında

5. “Səba” ASC-də dividendlərin elanedilməsi haqqında.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyinin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda yerləşən cəmiyyətin ofisində tanış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiqləyən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonları:

(+99450) 201 20 15 – direktor

(+99455) 215 08 60 – hüquqşünas

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60.

“Səba” ASC-nin direktoru Vüqar Baloğlanov

Seçilən
4
xalqqazeti.az

1Mənbələr