Bakı. Trend:
16.10.2025-ci il tarixində saat 07:00 radələrində xəsarət almasısəbəbilə 1995-ci il təvəllüdlü 2 nəfər (kişi) Kliniki TibbiMərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinəhospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.
Bildirilib ki, onlardan birinə sol budun sınığı, digərinə isəsol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
"Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsininTravmatologiya şöbəsində davam etdirilir. Onlardan birininvəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraqqiymətləndirilir",- deyə TƏBİB-dən qeyd edilib.
Qeyd edək ki, Bakının Yasamal rayonu ərazisində gecə saatlarındasilahlı insident baş verib. Hadisə zamanı 1995-ci il təvəllüdlüCeyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.