Pakistanın şimal-qərbində yerləşən Svat rayonunda yük maşınının dərəyə aşması nəticəsində 15 nəfər ölüb, 8 nəfər yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Geo News” telekanalı məlumat yayıb.
Məlumata görə, yük maşını Svat şossesi ilə hərəkətdə olarkən yoldan çıxıb və dərəyə yuvarlanıb. Hadisənin səbəbləri hələlik məlum deyil.
Qəza nəticəsində ölənlər arasında uşaqların da olduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
Seyranə QuliyevaMisisya.Az