AZ

ABŞ Ukrayna hərbçilərinə “Tomaqavk” raketlərini idarə etməkdə kömək edəcək

ABŞ tərəfindən Ukrayna qoşunlarına “Tomaqavk” qanadlı raketlərinin çatdırılması təsdiqlənərsə, onların idarə edilməsində köməklik olunacaq.

Herbiand.az bildirir ki, bu barədə “Financial Times” nəşri rəsmi şəxsə istinadən xəbər verir.

Məlumatlı mənbə nəşrə bildirib ki, Amerika tərəfi raketlərin istifadəsinə kömək edəcək və onların hədəfi vurnasına nəzarət edəcək: “Beləliklə, Ukrayna əsgərlərinin geniş təliminə ehtiyac aradan qaldırılacaq. Çatdırılma təsdiq olunarsa, raketlər Ukraynaya nisbətən tez verilə bilər. Lakin raketlər hərbi münaqişənin gedişatını dəyişməyəcək”.

ABŞ prezidenti Donald Tramp bildirib ki, oktyabrın 17-də ukraynalı həmkarı Vladimir Zelenski ilə Ağ Evdə keçiriləcək görüşdə “Tomaqavk” raketinin tədarükü müzakirə mövzusu olacaq. The New York Times-ın yazdığına görə, Pentaqon “Tomaqavk”ları Ukraynaya köçürmək planını artıq hazırlayıb, lakin Ukraynada bu raketlərin dəniz və ya qurudan buraxılması üçün lazımi buraxılış qurğuları yoxdur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr