Tovuz rayonunda qətl hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qız bıçaqlanıb. Qadın hadisə yerində ölüb.
Qətldə M.Hacızadənin həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta