AZ

NATO-nun Baş katibi rus pilotları və dənizçilərini bacarıqsız adlandırıb

Bakı, 16 oktyabr, AZƏRTAC

NATO-nun Baş katibi Mark Rutte rus pilotları və dənizçiləri bacarıqsız adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu fikri Rutte alyansa üzv ölkələrin müdafiə nazirləri ilə görüşdən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında səsləndırib.

“Gəlin, Rusiyanın nəyə qadir olduğunu şişirtməyək. Biz bilirik ki, qırıcı təyyarələrin pilotları bacarıqsız idarəetmə ilə tanınırlar, onların kapitanları isə lövbər salmağı bacarmırlar”, - deyə o bildirib.

Baş katib həmçinin vurğulayıb ki, alyans Rusiya ilə qarşıdurmada təmkin nümayiş etdirir.

Qeyd edək ki, Rusiya qərb sərhədləri yaxınlığında NATO-nun son illər artan fəallığından danışır. Rəsmi Moskva blokun Avropada hərbi-siyasi güclənməsindən narahatlığını dəfələrlə bildirib.

Seçilən
85
2
azertag.az

3Mənbələr