Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyinolunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.
Trend xəbərverir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevətəqdim etdi.
Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqıŞurasının Prezidenti Antonio Koşta və Avropa KomissiyasınınPrezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqlaxatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişafperspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi.Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasındaəlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropaİttifaqının 3 komissarının Azərbaycana səfərinə toxundu.
Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampınşahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyininirəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlərmünasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regionaldiplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqınınölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana KuyundziçPrezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştiraketdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsiolduğunu vurğuladı.
O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha dainkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji,nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropaİttifaqının regional nəqliyyat bağlantılarının yaradılmasılayihələrini yaxından dəstəklədiyini qeyd etdi.
Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardantəmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyinibildirdi.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinədair fikir mübadiləsi aparıldı.