ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Tək yaşamağın beyin üçün zərərli olduğu müəyyən edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Florida Universiteti və Providens Kollecinin alimləri araşdırma aparıb.
“Tək yaşayan siçovulların yaddaş və idrak çevikliyində ciddi pozğunluqlar nümayiş olunub. Alimlərin fikrincə, bu təsir toksin zəhərlənməsi nəticəsində yaranan təsirə bənzəyir. Ümumilikdə sosial təcrid qocalmış siçovulların beyninə toksiki təsir göstərir və koqnitiv tənəzzülü sürətləndirir. Lakin digər siçovullarla kontaktda olanlar idrak qabiliyyətlərini qoruyublar”, – deyə bildirilib.
Alimlərin fikrincə, tədqiqatın nəticələri yaşlı insanlar üçün vacibdir:
“Sosial əlaqələri qorumaq yaddaşın zəifləməsini ləngitməklə yanaşı, emosional dəstək vermək və stressi azaltmaqla beyin sağlamlığını da qoruya bilər”.
Günel Cəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.