AZ

Britaniyada "Johnson & Johnson" şirkətini məhkəməyə verdilər

Britaniyada 3 mindən çox şəxs Amerikanın əczaçılıq nəhəngi olan "Johnson & Johnson" şirkətini məhkəməyə verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Buna səbəb uşaq pudrasının asbest tərkibli olduğu və xərçəngə səbəb olduğu iddiasıdır.

BBC-nin əldə etdiyi sənədlərə görə, J&J şirkətinin 1960-cı illərdən etibarən pudrada lifşəkilli asbest növləri olan tremolit və aktinolit maddələrinin olduğunu bildiyi irəli sürülür.

Bu məlumatlara baxmayaraq, şirkətin məhsul etiketlərində heç bir xəbərdarlıq etmədiyi, əksinə “saflıq və təhlükəsizlik” vurğusu ilə marketinq kampaniyaları apardığı iddia olunur.

1973-cü ilə aid daxili yazışmalarda "uşaq pudrası lif kimi təsnif edilə biləcək talk hissəcikləri ehtiva edir” ifadəsi yer alır.

Həmin il şirkət rəhbərlərinin pudradan asbest liflərini ayırmaq üçün patent almağı planlaşdırdıqları, lakin məsələnin gizli saxlanmasının daha məqsədəuyğun olacağı fikrində olduqları bildirilir.

J&J isə bu sənədlərin səhv şərh edildiyini və məhsulların hamısınıln qanuni standartlara uyğun olduğunu bildirib.

Seçilən
9
1
operativmm.az

2Mənbələr