AZ

47 kq işlənmiş batareya təhvil alınıb - Vətən Naminə

">

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” marketlər şəbəkəsinin Sumqayıt filialından, “Spar” mağazasının 3-cü mikrorayon filialından 47 kq işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.

Qeyd edək ki, ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı ürəklər” Fondu tərəfindən 1 may 2022-ci il tarixində start verilib. Layihə çərçivəsində bugünədək 1090 kq batareya toplanılıb.
VETENNAMİNE.AZ kollektivi adından bu prosesə töhfə verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.
BirBirVətən Naminə Mətbuat Xidməti
Seçilən
123
2
vetennamine.az

3Mənbələr