AZ

UNİAN: “ABŞ Ukrayna üçün “Qələbə Fondu” yaradır

AzVision.az Ukraynanın “UNİAN” nəşrinə istinadən xəbər evrir ki, Ağ Evin rəhbəri ABŞ-nin Maliyyə naziri Skott Bessentə Ukrayna prezidenti Volodimir Zelenskinin oktyabrın 17-də Vaşinqtona səfəri ərəfəsində avropalı həmkarları ilə bu planı müzakirə etməyi tapşırıb.

“Tramp səfirə və mənə tapşırıb ki, avropalı müttəfiqlərimizə bizim Çinə “Rusiya neft tarifi” və ya Çinə “Ukrayna zəfəri tarifi” tətbiq etmək ideyasını dəstəklədiyimizi çatdıraq. Lakin Ukrayna və Avropadakı müttəfiqlərimiz buna qoşulmağa hazır olmalıdırlar. Avropalı tərəfdaşlarımız bizə qoşulsa, biz cavab verəcəyik”, - Skott Bessebt jurnalistlərə açıqlamasında deyib.

Tramp:“Ukrayna hücuma keçmək istəyir”
Nəşrin iddiasına görə, Vaşinqtonun strategiyası Çindən idxal olunan mallara 500% rüsum tətbiq etmək, əldə olunan gəlirin isə Ukrayna ordusunun silahlanmasına yönəldilməsidir.

Plan, ABŞ və Ukrayna prezidentlərinin “Rusiya prezidenti Vladimir Putinə maksimum iqtisadi təzyiq göstərmək və onu danışıqlar masasına oturmağa məcbur etmək” üçün nəzərdə tutulub.

Xatırladaq ki, Amerika lideri Donald Tramp bundan əvvəl Ukrayna münaqişəsinin həlli yollarını araşdırmaq üçün oktyabrın 17-də ukraynalı həmkarıZelenski ilə görüşməyə hazır olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ukraynalılar hətta Rusiyaya hücuma keçmək istəyirlər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
69
azvision.az

1Mənbələr