ABŞ Prezidenti Donald Tramp Çinə qarşı yeni rüsumlar hesabına Ukrayna üçün "qələbə fondu" yaratmaq üzərində işləyir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb.
Məlumatda deyilir ki, Donald Tramp Volodimir Zelenskinin cümə günü Vaşinqtona səfəri ərəfəsində maliyyə naziri Skot Bessentə avropalı həmkarlara bu barədə plan təqdim etməyi tapşırıb.
ABŞ liderinin strategiyası Çindən idxala 500 faiz rüsum tətbiq edilməsini, bundan əldə olunan vəsaitin Ukrayna ordusu üçün silah satın alınmasına yönəldilməsini nəzərdə tutur.
Bildirilir ki, bu plan hərbi texnika gücü Çinin dəstəyindən asılı olan Rusiyanın prezidenti Vladimir Putinə Tramp və Zelenski ilə danışıqlar masası arxasında əyləşməsi üçün maksimum iqtisadi təzyiq göstərilməsi məqsədi güdür.