AZ

Azərbaycanlılar: "Paşinyan yaxşıdır", ermənilər: "Siyasəti sıfırdır"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ermənistan Baş naziri Nikol Paşinyan günə necə başladığı barədə video paylaşıb.

Kadrlarda Paşinyanın işə metro ilə getdiyi görünür və qatarda sadə insanlarla söhbət edir.

Daha sonra yolüstü bir kafedə əyləşən Paşinyan orada çay içir, pulunu ödəyir və sonra ofisinə yola düşür.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, YouTube kanalımızda baxın

Baş nazirin paylaşımına azərbaycanlı sosial media istifadəçiləri də çoxlu şərhlər yazıb.

Svet adlı istifadçi deyir ki, Paşinyandan "xoşu gəlir və ermənilər onu qorumalıdır". Buna cavab olaraq Aleksandra Serdeçkina adlı istifadəçi deyib: "götürün, sizin olsun, digərlərini də verə bilərik, təki aparın".

"Bu adamdan yaxşılıq yağır. Yaxşılıq dünyanı xilas edəcək!" – Fəxriyyə adlı istifadəçi yazıb.

Digər azərbaycanlı istifadəçi isə yazdığı şərhdə Bakıdan Paşinyana salam göndərib və bildirib ki, Paşinyan kimi bir "Baş nazirləri olduğu üçün Ermənistan xalqının yaman bəxti gətirib".

"Heç kim məndən inciməsin, səmimi deyirəm, kaş ki belə prezidentimiz olardı, vallahi", - Rəşid adlı istifadəçi Paşinyanın videosuna belə şərh bildirib.

İbrahim Camalov adlı istifadəçi isə deyib ki, "adam yaxşı söz yazmağa qorxur, pis söz də yazmağa utanır".

Bəzi ermənilər isə videonun altında Paşinyanın sosial siyasətini tənqid ediblər.

"Paşinyan, sənin sosial siyasətin sıfırdır. Vanadzor və digər yerlərdən paylaşılan videolara bax. Küçələrdə gecələyən insanları da düşün, onların problemini də həll et", - deyə erməni sosial media istifadəçilərindən biri yazıb.

Digər istifadəçi isə şəhərdə əhali sayının artmasını diqqətə çatdırıb və Paşinyanı Yerevanda yeni metro stansiyalar açmağa çağırıb.

Seçilən
68
bbc.com

1Mənbələr