Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan ilə ABŞ Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi - TRİPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) yolu ilə bağlı sənəd üzərində işləyirlər. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə məlumat verib.
Ermənistanın baş naziri bu layihənin həyata keçirilməsini evin layihələndirilməsi və tikintisi ilə müqayisə edərək qeyd edib ki, hər şeyi ətraflı müzakirə etmək, layihələndirmək lazımdır və yalnız bundan sonra onun tam icrasına başlamaq olar.
Hürr Tərcüman