FÜZULİ, 16 oktyabr. TELEQRAF
Füzulidəqəza zamanı 4 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Kürdmahmudlu kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Daewoo" markalı minik maşını toqquşub.
Nəticədə "Mercedes"də olan Beyləqan rayon sakinləri 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma başlanıb.