Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladəvə səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
Trend xəbər verir ki, səfiretimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti EmmanuelMakronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsindəölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdəqaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığınıvurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası vəbiznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdəəməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminətoxundu.
Səfir də öz növbəsində Azərbaycanla Fransa arasındamünasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizininkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlifistiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmiksahələrdə uğurlu inkişafına toxunuldu. Hökumətlərarası Komissiyanınfəaliyyətinin bərpasının əhəmiyyəti vurğulandı, qardaşlaşmışşəhərlər arasında əlaqələr qeyd edildi, biznes nümayəndəheyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəliflayihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirəolundu.
Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı vəbu xüsusda ölkəmizlə “Total” şirkəti arasında əməkdaşlığın önəmiqeyd edildi.
Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinədair fikir mübadiləsi aparıldı, əməkdaşlığın davam etdirilməsininvacibliyi vurğulandı.