AZ

Fermerlərə vacib xəbər! Heyvanlarınızı dabaqdan belə qoruya bilərsiniz

Son günlər  mal-qara arasında dabaq xəstəliyi yayılıb.

Qeyd olunan xəstəlik səbəbindən  xüsusi ilə heyvan satışı bazarlarında durğunluq yaranıb.

Xəstəlik səbəbindən  bir çoxları  heyvanlarını satışa çıxarsa da,alıcı tapa bilmir. Bu isə  heyvanların qiymətinin aşağı düşməsinə gətirib çıxarıb.


Ekologiya.az  xəbər verir ki,Oxu24.com  dabaq  xəstəliyinin  yaratdığı  təhlükə və müalicə yolları ilə bağlı   suallara aydınlıq  gətirmək  məqsədi ilə   baytarla əlaqə saxlayıb.


Saytımıza açıqlama verən  baytar Rəşad Hacızadə bildirib ki,hazırda geniş yayılan dabaq xəstəliyinə vaxtında  müdaxilə olunduqda  müsbət nəticələr əldə etmək mümkündür.

Bu xəstəliyin ilkin  əlamətləri nədir? Fermer  heyvanın  dabaqa  yoluxduğunu necə bilməlidir?

Dabaq  xəstəliyinin ilkin   kliniki  əlamətləri heyvanda  temperaturun  yüksəlməsi  ilə  müşahidə  olunur.  Bu  zaman   bədən temperaturu  40,5-41,5 dərəcəyə qalxır.

Simptomlar görünəndən  2-3 gün sonra ağız boşluğunda, dildə, burun qanadında, burun aynasında, dırnaq arası nahiyədə, dırnaq tacında və yelində aftalar yaranır.

 1-3 gündən sonra   həmin  şişmələr  partlayır. Partlamış aftaların yerində eroziyalar yaranır.


Xəstəlik  bütün  heyvanlarda eyni  cür  müşahidə olunur?

Xeyr,bu fərqli də ola bilir. Misal üçün   buzovlarda bir qayda olaraq aftalar yaranmır. Xəstəlik qastroenterit formasında keçir. Qoyun və keçilərdə eyni əlamətlər baş verir.

Dabaq xəstəliyinə yoluxan heyvanın görüntüsü:  



Seçilən
103
ekologiya.az

1Mənbələr